Buzovna çimərliyində boğulan 3 məzunun adları məlum olub - YENİLƏNİB - VİDEO

Buzovna çimərliyində boğulan 3 məzunun adları məlum olub. 

Boğulma təhlükəsi ilə üzləşənlər - Bakı şəhər Sabunçu rayonu, Qaraçuxur qəsəbə sakinləri 2001-ci il təvəllüdlü Həsənov Elvin İlqar oğlu və 2002-ci il təvəllüdlü Dadaşov Orxan Elçin oğludur. Onların həyatını xilas etmək mümkün olub.

Xilasedicilərin axtarışları nəticəsində isə saat 19:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbə sakini 2002-ci il təvəllüdlü Səmədov Rəhim Rasim oğlunun cəsədi batdığı yerdən 150 metr aralıda tapılıb. //oxu.az


19.49
Buzovna çimərliyində üç nəfər dənizdə boğulub.

Həmin şəxslər 11-ci sinif məzunları olub.

Məzunlardan ikisi xilas edilib. Əraziyə cəlb olunan xilasedicilər digərinin axtarışını davam etdirirlər.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Buzovnada çimərlikdə boğulma hadisəsi ilə bağlı çağırış olub:

“Hadisə yerinə təcili yardım briqadası cəlb edilib. İki nəfər sudan çıxarılıb . Onlara yerindəcə ilkin yardım edilib. Vəziyyətləri yaxşıdır. Bir nəfərin axtarışları davam edir”.//oxu.az

 

DİGƏR XƏBƏRLƏR

Top