Direktorun döyülməsi xəbərinə təhsil şöbəsi münasibət bildirib - YENİLƏNİB

İmişli rayon 1 saylı orta məktəbin direktoru Akif Quliyevin şagirdlər tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatlar düzgün deyil.

Bu barədə İmişli rayon Təhsil şöbəsindən məlumat verilib.

Şöbədən bildirilib ki, məktəbin direktoru döyülməyib: "Ümumiyyətlə, belə bir hadisə baş verməyib. Bu, uydurmadır".

Qeyd edək ki, "Son zəng" tədbiri zamanı İmişli rayon 1 saylı orta məktəbin direktoru Akif Quliyevin şagirdlər tərəfindən döyülməsi və xəsarət alması, hətta hüquq-mühafizə orqanlarının da bu işə qarışması barədə məlumatlar yayılıb.
(trend.az)
--------------------------------------------------------------------------------------------------------------
15:46

Bu gün İmişli rayonunda dərs ilinin başa çatması münasibəti ilə keçirilən tədbirdə İmişli şəhər 1 saylı orta məktəbin direktoru Akif Quliyevlə məktəbi bitirən şagirdlər arsında əlbəyaxa dava baş verib.
Hadisə zamanı şagirdlər məktəb direktorun döyərək ciddi xəsarət yetiriblər. Məlumata görə, polis işə qarışaraq Akif Quliyevin burnunu sındıran şagirdləri polis bölməsinə aparılıblar.

Faktla bağlı cinayət işinin açıldığı bildirilir.  (veteninfo.az)

DİGƏR XƏBƏRLƏR

Top