İqbal Ağazadədən əmisi oğlunun ölümü ilə bağlı AÇIQLAMA


Keçmiş millət vəkili İqbal Ağazadə əmisi oğlunun ölməsi ilə bağlı açıqlama verib.

Yeniavaz.com bildirir ki, qafqazinfo-ya açıqlamasında İ. Ağazadə bildirib ki, əmisi oğlu Loğman Abbasovun meyitinin küçədən tapılması yalandır:

"Loğman Abbasov yeni tikili binalarda qapı, pəncərələrin quraşdırılması ilə məşğul olurdu. Hadisə günü də işdə olub, binanın 7-ci mərtəbəsinə qalxıb və ürəktutmadan vəfat edib. Həmin mərtəbədə yaşayış yoxdur və orada başqa işçilər olmadığı üçün bir müddət ondan xəbər ala bilməyiblər. Buna görə də itkin düşməsi haqda polisə məlumat verilib.

Daha sonra isə meyiti həmin binadan tapılıb. Əvvəllər onun ürəyində problem olmayıb".

Qeyd edək ki, 49 yaşlı L.Abbasov ailəlidir.

12:42***
Bakıda itkin düşmüş kişinin meyiti tapılıb.

Yeniavaz.com "Report"a istinadən  xəbər verir ki, Xətai rayonunda iyunun 11-dən itkin düşən 49 yaşlı Abbasov Loğman Xudam oğlunun meyiti bir gün sonra həmin rayonun Sadıqcan küçəsində tapılıb.

Onun ölümünün səbəbləri Xətai Rayon Prokurorluğunda araşdırılır.

Qeyd edək ki, L.Abbasov Ümid Partiyasının sədri İqbal Ağazadənin əmisi oğludur.

DİGƏR XƏBƏRLƏR

Top