Bakıda yaşayış binası yanıb - VİDEO


Yasamal rayonunda binada yanğın baş verib.
Yanğın Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani küçəsində baş verib.
Çoxmənzilli yaşayış binasında baş verən yanğından sonra əraziyə yanğınsöndürənlər cəlb edilib. Sakinlər təxliyə edilib.

İlkin məlumata əsasən, yaşayış binasının 6, 7 və 8-ci mərtəbələrinin eyvanlarından keçən plastik borular yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


olke.az

 

DİGƏR XƏBƏRLƏR

Top