15 nəfərin işini tez bir zamanda həyata keçirir. Həm əziyyətin qarşısnı alır, həm də vaxta qənaət edir.
Yeniavaz.com xəbər verir ki, ipək qurdunun məhsulunu təmizləmək üçün Yevlax sakini 38 il öncə düzəltdiyi maraqlı qurğunu yenidən işə salıb. 64 yaşlı Aşağı Qarxun kənd sakini əl əməyini, texnika vasitəsi ilə asanlaşdırmağı bacarıb. Vasif Nəsirov pampıq yığan kombaynların müəyyən hissələrindən və elektirik mühərrikindən barama təmizləyən qurğu hazırlayıb. Rayon sakini ərsəyə gətirdiyi texinika vasitəsi ilə 1 saata 30-40 kiloqram, 1 günə 1 tona yaxın ipək qurdunun baramasını təmizləyir. 64 yaşlı kişinin hazırladığı qurğu vasitəsilə baramanı zədələmədən götürmək mümkündür.
Yevlax sakini hazırladığı qurğunun gücünü artırmaqla gün ərzində 1 tondan artıq barama təmizləmiyin də mümkün olduğunu deyir. Qurğuda olan 10 çarx rezin vasitəsi ilə işə düşərək tez bir zamanda təmizləmə həyata keçirsə də, hərkətə köməy edən rezinlər bəzən yüksək sürətə düzmür. Ona görə də usta, hazırldığı qurğunu aşağı sürətdə işlədir.
64 yaşlı Vasif Nəsirov qurdların yemlənməsini rahat həyata keçirmək üçün yarpaq doğrayan qurğu da hazırlıyıb. Qurğu tez bir zamanda tut yarpağını sanki un halına salır.
Yevlax sakinin hazırladığı barama təmizləyənə maraq böyükdür. Vasif Nəsirov əl işini daha da təkminləşdirməyi düşünür.
Esmira Hidayətova, Yevlax