Bakıda piyada avtobusun altına düşüb


Bakı şəhərinin Suraxanı rayonunda baş vermiş yol-nəqliyyat qəzası nəticəsində dayanacaqda dayanmış 1 nəfər avtobusun altına düşüb. Yeniavaz.com FHN-ə istinadən xəbər verir ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək vətəndaşı "Karsan" markalı avtobusun altından çıxarıb Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil veriblər. Əməliyyat başa çatıb.

DİGƏR XƏBƏRLƏR

Top