Bir günə 4 milyard dollar itirdi

Amerikalı milyarder Uorren Baffet bir günə 4 milyard dollardan çox pul itirib.

Gazeta.ru” yazır ki, bu barədə o, investorlara məktubunda yazıb.

Baffet bildirib ki, rəhbərlik etdiyi Berkshire Hathaway fondu 2008-ci ildən bəri ən aşağı gəlir əldə edib.

Gəlirlərin azalmasına Kraft Foods şirkətinin problemləri olub. Maliyyə hesabatı dərc edildikdən sonra şirkətin səhmlərinin dəyəri 20 faiz aşağı düşüb. Nəticədə Berkshire Hathaway gün ərzində 4 milyard dollardan çox pul itirib.

Xatırladaq ki, ötən ilin aprelində Baffet dünyanın ən zəngin şəxslərinin siyahısında birinci idi.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top