
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Yeniavaz.com Xidmətin saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələrinə əsasən 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Xəlilzadə Ramil Pərviz oğlu ilə uzunmüddətli görüşə gəlmiş arvadı-Bakı şəhər sakini Xəlilzadə Mahirə Vüqar qızının əşyalarına və üzərinə baxış keçirilib.
Baxış zamanı alt paltarında xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 0,206 qram heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.