Qubada itən 8 yaşlı uşağı polislər tapdı - VİDEO


Fevralın 22-də  Quba rayonunda itən azyaşlını polis əməkdaşları tapıb.

Yeniavaz.com xəbər verir ki, DİN Mətbuat Xidmətinin Quba regional qrupundan unikal.org-a verilən məlumata görə, rayonun Heydər Əliyev prospektində Musayev Kənan Faiq oğlu yaşadığı evin ətrafında oynayarkən itib.Sonra 8 yaşlı uşağın atası Faiq Musayev Quba rayon polis şöbəsinə övladının itməsi ilə bağlı müraciət edib.

Dərhal polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb. Keçirilmiş axtarış tədbirləri nəticəsində Quba Rayon Polis şöbəsinin sahə rəisi-polis leytenantı Şəhriyar Babayev və polis serjantı Eyvaz Sultanov Kənan Musayevi Quba “ABAD Factory” İstehsalat Kompleksinin yaxınlığında taparaq ailəsinə təhvil veriblər.

Uşağın valideynləri övladlarının qısa zamanda tapılaraq sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə və göstərdikləri köməyə görə DİN və Quba RPŞ-nin şəxsi heyətinə dərin minnətdarlıqlarını bildiriblər.

 

DİGƏR XƏBƏRLƏR

Top