Bakının bu yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq


24.02.2019 saat 22:00-dan 25.02.2019 səhər saatlarınadək Neftçilər prospekti Yusif Səfərov küçəsi istiqaməti və Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə Yeniavaz.com-a Bakı Nəqliyyat agentliyindən məlumat verilib.

“Səbəb qeyd edilən ərazilərdə üfiqi nişanlanma xətlərinin çəkilməsidir. Sürücülərdən bunu anlayışlar qarşılamalarını xahiş edirik”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Xocalı prospektində üfiqi nişanlanma xətlərinin çəkilməsi işləri artıq yekunlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top