Mehriban Əliyeva məktəbli Zəhraya hədiyyə göndərdi - FOTO


Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İranın paytaxtı Tehranda keçirilmiş karate üzrə beynəlxalq turnirin qalibi Zəhra Salmanlını təbrik edib, ona yarışlar zamanı uğurlu çıxışlarına və göstərdiyi vətənpərvərliyə görə hədiyyə göndərib.

Yeniavaz.com-un məlumatına görə, bu barədə Heydər Əliyev Fondu məlumat yayıb.

Məlumata əsasən, Heydər Əliyev Fondunun nümayəndələri bu gün Zəhra Salmanlıya kompüter və Fondun müxtəlif nəşrlərini təqdim ediblər.

Qeyd edək ki, 5-ci sinif şagirdi Zəhra Salmanlı turnirin keçirildiyi zalda Azərbaycan bayrağının Ermənistan bayrağının altında asılmasına etirazını bildirib və təşkilatçılara bayrağın yerinin dəyişdirilməyəcəyi təqdirdə, yarışda iştirak etməyəcəyini deyib. Zəhranın tələbindən sonra Azərbaycan bayrağının yeri dəyişdirilib.

DİGƏR XƏBƏRLƏR

Top