MDB-də əmək haqqı: Hansı ölkədə nə qədər artıb? - CƏDVƏL


Yola saldığımız 2018-ci ildə Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında həm nominal, həm də real orta aylıq əmək haqqında ən az artım Azərbaycanda qeydə alınıb. Yeniavaz.com-un MDB Dövlətlərarası Statistıka Komitəsinin açıqladığı statistik göstəricilərə istinadən apardığı hesablamalar göstərir ki,  2017-cı illə müqayisədə ötən il Azərbaycanda orta aylıq əmək haqqının nominal dəyəri 3%, real dəyəri cəmi 0,6% artıb.
Digər ölkələrdə isə nominal və real orta aylıq əmək haqqında daha çox artım olub. Həm nominal, həm də real orta aylıq əmək haqqı ən çox Ukraynada artıb. Ukraynada əmək haqqının nominal dəyəri 24,8%, real dəyəri isə 12,5% artıb.
Bundan başqa nominal orta aylıq əmək haqqı Belarusda 17,1%, Rusiyada 9,9%, Qazaxıstanda 8,4%, Tacikistanda 7,5%, Qırğızıstanda 5,4%, Ermənistanda isə 3,8% artıb.
Real orta aylıq əmək haqqı isə Belarusda 11,6%, Rusiyada 6,8%, Qırğızıstanda 3,8%, Tacikistanda 3,7%, Qazaxıstanda 2,3%, Ermənistanda 1,2% artıb.
Orta aylıq əməkhaqqının məbləğinə gəldikdə isə qeyd edək ki, MDB ölkələri arasında ən çox əmək haqqı Rusiyada verilir. 2018-ci ildə Rusiyada orta aylıq əmək haqqı 662,6 dollara (43 min 400 rubl) bərabər olub. Rusiyadan sonra ikinci sırada Belarus qərarlaşıb. Bu ölkədə orta aylıq əmək haqqı 447,7 dollar (958,1 rubl) olub.
Azərbaycan bu siyahıda 6-cı sırada yer alıb. Ölkəmizdə orta aylıq əmək haqqının məbləği 320 dollar (544,1 manat) olub.
MDB-yə üzv olan digər ölkələrə gəldikdə isə orta aylıq əmək haqqı Qazaxıstnada 430,7 (162 min 267 tengə), Ermənistanda 356,1 dollara (172 min 357 dram), Qırğızıstanda 232,7 dollara (16 min 218 som), Ukraynada 328,3 dollara (8 min 865 qrivna), Tacikistanda isə 129,8 dollara (1220,1 somoni) bərabər olub.

 

DİGƏR XƏBƏRLƏR

Top