Maşın su kanalına aşdı, sürücü öldü


Ucar rayonunda yol qəzası baş verib.

Hadisə Ucar-Zərdab magistralında baş verib.

Belə ki, Zərdab rayonu istiqamətində hərəkətdə olan "VAZ-21170" markalı avtomobil idarəetmədən çıxaraq yolkənarındakı su kanalına aşıb. Sürücünün hadisə yerində öldüyü bildirilir. Onun şəxsiyyətini hələlik dəqiqləşdirmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır. (report)

DİGƏR XƏBƏRLƏR

Top