Milyonlarla istedadlı insan Rusiyanı tərk edib


Rusiyadan yeni köç dalğası iqtisadi deyil, siyasi səbəblərdən doğub.  Bu, insanları ölkədən çıxmağa məcbur edir. Yeniavaz.com “Rosbalt” agentliyinə istinadla xəbər verir ki, bu qənaətə “Putinin nəticəsi: yeni beyin axını” adlı məruzənin müəllifləri gəliblər.
 
Müəlliflərin sözlərinə görə, Rusiyadan köç artıq 15 ildən çoxdur davam edir. Rusiya Prezidenti Vladimir Putinin hakimiyyət dövründə ölkəni 1,6-2 milyon rusiyalı tərk edib. Bununla belə, 2012-ci ildən gedənlərin sayı Putinin prezidentliyinin ilk 8 ilindəkindən çox olub. Ölkəni tərk edənlərin 45 faizinin bakalavr dərəcəsi, 37 faizinin isə magistr və ya doktor dərəcəsi var.
 
Rəyi soruşulanların 40 faizi Rusiyadan köç səbəbləri qismində ümumi siyasi ab-havanı, 33 faizi siyasi hüquqların çatışmazlığını, 32 faizini problemli iqtisadi vəziyyəti və onların şəxsiyyətlərinin reallaşdırılması üçün imkanların çatışmazlığını, 29 faizi siyasi təqibi, 26 faizi iş axtarışında çətinlikləri, 24 faizi isə təhsilin keyfiyyətilə bağlı problemləri qeyd ediblər. Ekspertlər vurğulayırlar ki, Kreml ölkə daxilində hakimiyyətlə narazı olanların sayını azaltmaq üçün getmək istəyən hər kəsə imkan verir.
 

DİGƏR XƏBƏRLƏR

Top