Trampın “vəhşi limuzini” Hanoya gətirildi: içində hər şey var


Gələn həftə Şimali Koreya lideri Kim Çen Inla görüşmək üçün gələn həftə Vyetnamın paytaxtı Hanoya gedəcək ABŞ Prezidenti Donald Tramp orada özünün “Cadillac One” limuzinində hərəkət edəcək.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, limuzini, həmçinin “The Beast” (“Vəhşi”) adlandırırlar.
ABŞ-ın “Boeing C-17” hərbi-nəqliyyat təyyarəsi iki belə maşını Hanoyun “Noybay” aeroportuna çatdırıb. ABŞ-ın hərbi-nəqliyyat aviasiyası D. Trampın səfərini təmin etmək üçün son günlər ərzində Hanoya zəruri texnika və xüsusi avadanlıq gətirib.
Vyetnam paytaxtına Prezidentin “Marine One” helikopteri, texniki dəstək verən bir neçə avtomobil, habelə Prezident təyyarəsinə yanacaq dolduran gətirilib. “Cadillac One” ilə birlikdə kortejin müşayiəti üçün iki ədəd “Chevrolet Saburban” maşını çatdırılıb.
İndiki Prezident avtomobili ABŞ-ın “General Motors” maşınqayırma konserni tərəfindən 2017-ci ilin yanvarında  D. Trampın inauqurasiyası üçün hazırlanıb. 9 ton ağırlığında olan “Cadillac One” qabaqcıl təhlükəsizlik sistemləri ilə təchiz olunub: tüstü “pərdəsi” üçün qurğu, gecə görüntü sistemi, kimyəvi hücum zamanı oksigen balonu və qan köçürmək üçün avadanlıq.
Limuzin tank əleyhinə minanın partlayışına tab gətirmək iqtidarındadır, onun salonu isə tam germetikdir (avtomobil şüşəsinin aşağı salındığı yeganə yer sürücü tərəfdədir). Bundan başqa, avtomobil hücuma qarşı gəlmək üçün hərbi sursatlarla təchiz olunub.

DİGƏR XƏBƏRLƏR

Top