Türkiyədə xoşbəxtlik ARAŞDIRMASI: özünü xoşbəxt hesab edənlərin sayı azalıb


Türkiyədə özünü xoşbəxt hesab edən insanların sayı azalıb.
Yeniavaz.com Türkiyə Statistika İdarəsi tərəfindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən il ölkə əhalisinin 53,4%-i özünü xoşbəxt hesab edib. 2017-ci ildə isə bu göstərici 58% olub.
2017-ci ildə kişilərin 53,6%-i özlərini xoşbəxt hesab etdikləri halda, 2018-ci ildə 49,6%-i xoşbəxt olduğunu bildirib. Türkiyədə özünü xoşbəxt hesab edən qadınların payı isə son bir ildə 62,4%-dən 57%-ə düşüb.
2018-ci ildə Türkiyədə evli kişilərin 51,6%-i, evli qadınların isə 60,7%-i özlərini xoşbəxt hesab ediblər.
Təhsil səviyyəsinə görə aparılan araşdırma isə göstərir ki, Türkiyədə təhsilini sona kimi davam etdirə biməyənlər, yəni təhsilsiz şəxslər özlərini digərlərinə görə daha xoşbəxt hesab ediblər. Belə şəxslərin 59%-i hesab edirlər ki, onlar xoşbəxtdir.
Bəs, Türkiyə əhalisini kimlər xoşbəxt edir? Bu suala cavab verənlərin 74,2%-i ailəm,12,9%-i uşaqlarım, 3,6%-i həyat yoldaşım, 3,3%-i özüm, 2,7%-i valideyinlərim, 1,8%-i isə nəvələrim cavabını verib.
"Xoşbəxt omaq üçün nələrin olması vacibdir?" sualına isə Türkiyə əhalisini cavabı belə olub: 64%-i sağlamlıq, 15,5%-i sevgi, 8,8%-i uğur, 4,2%-i pul, 2,2%-i isə iş deyib.

DİGƏR XƏBƏRLƏR

Top