Rusiyadan 37 milyard çıxaran eks-deputatlar həbs olunublar


Rusiya polisi 2013-2014-cü illərdə ölkədən kənara 37 milyard rubl çıxaran beynəlxalq dəstəni ifşa edib.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk deyib. Onun sözlərinə görə, qruplaşma üzvləri valyuta satışı adı altında “Zapadnıy” və “Russkiy Zemelnıy Bank” banklarında xarici təşkilatlara, o cümlədən Moldova “BC Moldindconbank S.A.”ya pul köçürüblər. Bundan sonra pullar Moldova məhkəmələrinin saxta qərarları ilə silinib. Müəyyən edilib ki, Vladimir Plaxotnik və Vyaçeslav Platon cinayət qruplaşmasının tışkilatçılarıdır. Onların hər ikisi Rusiya vətəndaşıdır. Qruplaşmada, həmçinin Moldova vətəndaşları iştirak ediblər. “Cinayət qruplaşması təşkil etmək və onda iştirak”, eləcə də “Saxta sənədərdən istifadə etməklə qeyri-rezidentlərin hesabına pul vəsaitlərinin köçürülməsi üzrə valyuta əməliyyatlarının aparılması” maddələri üzrə cinayət işi açılıb. Təhqiqat çərçivəsində moskvalı Aleksandr Korkin həbs olunub.Vladimir Plaxotnik keçmiş deputat və Moldovanın ən varlı biznesmenlərindən biridir. O, hazırda ölkənin Demokratik Partiyasının lideridir.Moskvanın Basmannıy məhkəməsi 2017-ci ildə V. Plaxotniki sui-qəsd törətmə işi üzrə qiyabi həbs edib və beynəlxalq axtarışa verib. V.Platon da 2009-2010-cu illərdə deputat olub. O, 2017-ci ilin aprelində  Moldova bankları vasitəsilə Rusiyadan 20 milyard dollar çıxarmaq və “Banca de Economii”dən 20 milyard dollardan çox vəsait oğurlamaq ittihamı üzrə  18 il müddətinə həbs edilib.
 

DİGƏR XƏBƏRLƏR

Top