Almaniyada rekord büdcə artığı yaranıb


Avropa İttifaqının iqtisadi cəhətdən ən güclü ölkəsi olan Almaniya 2018-ci ilini rekord büdcə artığı ilə yekunlaşdırıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Almaniya Statistika İnstitutunun məlumatında deyilir. Məlumata əsasən, büdcə 2018-ci ildə 58 milyarddan artıq avro verib. 2018-ci il büdcə artığının yaranmasının əsas səbəbləri isə gəlirlərin və iş yerlərinin artması ilə yanaşı, aşağı faiz dərəcələri olub. 2018-ci ildə hökumətin, federal, regional və yerli idarəetmələrin gəlirləri 1,543.6 milyard avroya çatdığı halda, xərclər 1,485.6 milyard avro təşkil edib. 58 milyard avroluq büdcə artığı Almaniya ÜDM-nin 1,7 faizinə bərabərdir.

DİGƏR XƏBƏRLƏR

Top