Gürcüstandan gətirilən avtomobillərin gömrük dəyəri 2 dəfə aşağı düşüb


Ötən ay Gürcüstandan Azərbaycana ümumi dəyəri 9 milyon 888,9 min dollar olan 1 081 ədəd avtomobil gətirilib.
Yeniavaz.com Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatlara istinadən bildirir ki, ixrac olunan avtomobilin 1 ədədinin orta gömrük dəyəri 9 min 147 dollar olub.
Məlumat üçün bildirək ki, Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin gömrük dəyəri əvvəlki ilin analoji dövrü ilə müqayisədə təxminən 2 dəfə aşağı düşüb. Belə ki, ötən ilin yanvar ayında Gürcüstandan Azərbaycana gətirlən avtomobillərin 1 ədədinin orta gömrük dəyəri 18 min 406 dollar təşkil edib.
Onu da qeyd edək ki, 2018-ci ildə Gürcüstandan Azərbaycana ümumi dəyəri 190 milyon 284 min dollar olan 13 min 47 avtomobil ixrac olunub ki, nəticədə avtomobillərin 1 ədədinin orta gömrük dəyəri 14 min 584 dollar olub.

DİGƏR XƏBƏRLƏR

Top