150 ildir ki, zooloqlar tərəfindən cavabı axtarılan suala nəhayət cavab xarakterli elmi sübut tapılıb. Belə ki, zebraların dərilərindəki ağ-qara cizgilərin nə işə yaradığı məlum olub.
Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, Bristol Universitetinin aparılan tədqiqatlar zamanı məlum olub ki, həmin cizgilər zebraları ölümcül virus daşıyıcısı at milçəklərindən qoruyur.
Tədqiqat qrupunun rəhbəri professor Tim Karoy bildirib ki, cizgilər uzaq məsafədən milçəkləri yayındırmasa da yaxınlaşan zaman əksəriyyətinin fikrindən yayındığı məlum olub.