Bir gün əvvəl nişanı olmuşdu, qəzada öldü - FOTOLAR


Bakıda bir gün əvvəl nişanlanan gənc qəzada vəfat edib.
Yeniavaz.com 
"Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında şəhər şossesindən Maştağaya gedən yolda baş verib.

Belə ki, Əli Novruzov Koroğlu metrosundan "1 manatlıq" taksiylə Maştağa qəsəbəsinə gedirmiş. Taksi sürücüsü qəza törədib və sərnişini Əli Novruzov vəfat edib.

Ə. Novruzovun fevralın 20-də nişanı olub. O, iş yoldaşı Aytən adlı qızla nişanlanıb. Onların hər ikisi Koroğlu metrostansiyasının yaxınlığında yerləşən "Bravo" marketdə işləyirmiş.

DİGƏR XƏBƏRLƏR

Top