Polis Şöbəsi məktəbə su çəkdirdi​


Ağdaş rayonun Yuxarı Ləki kənd sakinləri su problemlərinin həlli üçün polisə müraciət ediblər.

Yeniavaz.com DİN-ə istinadən xəbər verir ki, bir müddət əvvəl rayonun Yuxarı Ləki kəndində keçirilən görüş zamanı kənd məktəbində içməli suyun olmaması barədə valideynlər RPŞ rəhbərliyinə müraciət ediblər. Həmin məsələ dərhal nəzarətə götürülüb və bu problemin aradan qaldırılması üçün RPŞ-nin və rayonda yerləşən digər aidiyyatı qurumların rəhbərliyi tərəfindən müavfiq işlər görülüb.

Görülmüş işlərin nəticəsi olaraq Yuxarı Ləki kənd məktəbinə su xətti çəkilib və içməli suyun verilməsi təmin olunub.

DİGƏR XƏBƏRLƏR

Top