Şentop Türkiyə parlamentinin yeni sədri olmağa yaxındır

Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyə Böyük Millət Məclisi sədri vəzifəsinə öz namizədinin adını açıqlayıb.
Yeniavaz.com “Sözcü” qəzetinə istinadla xəbər verir ki, AKP Mustafa Şentopu Türkiyə parlamentinin sədrliyinə namizəd göstərib. O, bu gün günorta saatlarından sonra namizədlik üçün müraciət edəcək. Namizədlik üçün müraciətlər sabah saat 24:00-da başa çatacaq.
Qeyd edək ki, Binəli Yıldırım İstanbul Böyükşəhər Bələdiyyə sədri seçkilərində iştirak etdiyi üçün spiker vəzifəsindən istefa verib.

DİGƏR XƏBƏRLƏR

Top