Mobil operatorların gəlirləri azalıb


Bu ilin yanvar ayı ərzində informasiya və rabitə müəssisələri 150,7 milyon manatlıq xidmət göstəribdir ki, onun da 75,2 faizi əhali tərəfindən istehlak olunub.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 5,6 faiz artıb, bu sahədə əldə edilən gəlirin 80,2 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 44 faizi və ya 66,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Məlumat üçün qeyd edək ki, 2018-ci ilin yanvar ayında mobil telefon rabitəsi sahəsində əldə olunan gəlirlər bu ilin yanvar ayındakı gəlirlərdən 3,3 milyon manat çox olub. Bu sahədə əldə edilən ümumi gəlirlərdə isə mobil telefon rabitəsi sahəsindən əldə olunan gəlirlərin payı 49,1 faizdən 44 faizə düşüb.

DİGƏR XƏBƏRLƏR

Top