Arif Babayev onurğasından əməliyyat olunub


Xalq artisti, xanəndə Arif Babayev əməliyyat olunub. Yeniavaz.com xəbər verir ki, bu haqda Xalq artisti Sputnik Azərbaycan-a açıqlamasında məlumat verib.

O səhhəti ilə bağlı son durumdan danışıb: “Hazırda özümü çox yaxşı hiss edirəm. Qonaqlarımla birgə oturmuşuq, onlar məni tez-tez ziyarət edirlər. Hər şey qaydasındadır”.

Heydər Əliyev Fondunun dəstəyi ilə türkiyəli həkimlər tərəfindən əməliyyat olunduğunu söyləyən Xalq artisti səhhətində yaranan problemdən danışıb: “Yıxıldığım üçün onurğa sütunum çatlamışdı. Bu isə məndə narahatlıq yaradırdı. Bir müddət idi ki, bu problemdən əziyyət çəkirdim, ağrılarım vardı”. 

Qeyd edək ki, xanəndə fevralın 10-unda Bakıda yerləşən xəstəxanaların birində əməliyyat olunub.

DİGƏR XƏBƏRLƏR

Top