Gənc qadın intihara cəhd edib, vəziyyəti ağırdı - Oğlundan üzr istəyib


Bərdə rayonu Şörəlli kənd sakini intihara cəhd edib.

1989-cu il təvəllüdlü A.Məhərrəmova yaxınları tərəfindən yaşadığı evdə huşsuz vəziyyətdə tapılıb. Onun xeyli miqdarda psixotrop tərkibli dərman qəbul etdiyi məlum olub.

Yaxınlarının sözlərinə görə, A.Məhərrəmovanın psixoloji problemləri vardı və bir müddət idi ki, müalicə alırdı. 

İntihara cəhddən əvvəl qadın məktub yazaraq oğlundan onu bu addımına görə bağışlamasını istəyib. 

Bərdə Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Bərdə sakininin vəziyyəti orta ağır olaraq qalır. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top