Azərbaycanda banan gömrük dəyərindən 2 dəfə baha satılır? - RƏSMİ MƏLUMAT


Ötən il Azərbaycana xarici ölkələrdən qurudulmuş və təzə halda 37 min 220,7 ton banan gətirilib.
Yeniavaz.com-un Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən apardığı hesablama göstərir ki, əvvəlik illə müqayisədə banan idxalı 45% və ya 11 min 526 ton artıb. Ötən il idxal olunan bananın 1 kiloqramının gömrük dəyəri 1 manat 22 qəpik (72 sent) təşkil edib. Əvvəlki illərlə müqayisədə banan gömrük dəyərində ucuzlaşma olub. Belə ki, 2017-cı ildə bananın 1 kiloqramının ölkəyə giriş qiyməti 1 manat 27 qəpik (75 sent), 2016-cı ildə isə 1 manat 40 qəpik (83 sent) olub.
Məlumat üçün qeyd edək ki, hazırda daxili bazarda bananın 1 kiloqramı gömrük dəyərindən təxminən 2 dəfə baha satılır.
 
 

DİGƏR XƏBƏRLƏR

Top