"Təhsili elə bir günə salıblar ki, kolxoz bazarından betərdir" - Keçmiş təhsil naziri


Əgər yeni “Ümumi təhsil haqqında” qanun qüvvəyə minərsə, məktəblər də sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcəklər. Bu fəaliyyət parlamentdə artıq ikinci oxunuşda qəbul edilmiş yeni qanunun 31-ci maddəsində öz əksini tapıb. Həmin maddədə təhsil müəssisələrinə təcrübə-istehsalat sahələri, ödənişli əsaslarla dərnəklər, maraq kursları, əlavə məşğələlər keçirmək, sərgilər təşkil etmək hüququ verilir.

Əldə olunan vəsaitin isə təhsilin inkişafına, təhsil alanların həvəsləndirilməsinə və işçilərin sosial müdafiəsinə yönəldilməsi nəzərdə tutulub.
Keçmiş təhsil naziri Firuddin Cəlilov hesab edir ki, Azərbaycanda məktəblərə bu hüququn verilməsində məqsəd heç də təhsilin inkişafı deyil: “Dərsdən sonra uşaq hazırlayıb, 5-10 manat pul qazanıb, ailəsini dolandıran müəllimlərin əlindən bu imkanı da alırlar. Əsas məqsəd budur, başqa məqsəd görmürəm burada. Təhsil sistemini elə bir günə salıblar ki, kolxoz bazarından betərdir. Təhsilin keyfiyyəti üçün islahatlar olmalıdır, yalandan görüntü yaratmamalıdırlar. Dərsliklər dəyişməlidir. Sahibkarlıqla bağlı əlavə olunan bənd peşə məktəblərində tətbiq oluna bilər. Tarix boyunca da olub, amma bunu bütün məktəblərdə etmək olmaz”. (Azadlıq radiosu)

DİGƏR XƏBƏRLƏR

Top