"Naxçıvanın kəndlərində ya uşaqlar, ya da ağsaqqallar və ağbirçəklər qalıblar" - Millət vəkili


"Naxçıvanın, demək olar, bütün kəndləri eyni vəziyyətdədir; ya körpə uşaqlar, ya da ağsaqqallar və ağbirçəklər qalıblar. Ağsaqqalların öz asudə vaxtlarını səmərəli keçirmələri də çətinləşdirilib".

Yeniavaz.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Hurriyet.org-a verdiyi müsahibədə deyib.
Deputat bildirib ki, çayxanalar, mağazaların çoxu bağlatdırılıb: "Kənd yerlərində, məsələn, Əbrəqunusda təqaüdçülər evi dağılıb, kitabxana, klub, xəstəxana uçub, getdikcə istifadəsiz hala düşən şərab zavodları dağılıb. Həmin yerləri insanlar, görünür, şərtlər ağır olduğundan götürüb, nəsə tikmirlər, qurmurlar. Kəndin mərkəzinə girəndə xarabalıqla qarşılaşırsan. Elə bilirsən, müharibədən çıxıb. Ağsaqqallar əksər hallarda qaz borularının üstündə oturub dərdləşirlər. Özü də, təkcə bizim kənddə belə deyil. Kəndlərdə bir çayçı olsa, ağsaqqallar oturub orda hal-əhval tutsalar, bunun kimə ziyanı olar?".

DİGƏR XƏBƏRLƏR

Top