Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu regionlarda təlimlərə başlayıb


Fevralın 21-də AzərbaycanQidaTəhlükəsizliyiİnstitutununtəşkilatçılığı ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəkidəki regional idarəsində “İstehsal müəssisələrində qida təhlükəsizliyi sisteminin idarə edilməsində beynəlxalq təcrübə vəşəxsi gigiyena qaydaları” mövzusunda təlim keçirilib.
İnstitutdan Yeniavaz.com-a verilən məlumata görə, təlim İnstitutun əməkdaşı Seymur Qafarov tərəfindən aparılıb.
Tədbirdə şəxsi gigiyena qaydaları vəistehsal obyektlərində sanitar-gigiyenik normaların qorunması, qida məhsullarının çirklənməsi və zərərvericilərlə mübarizə, tibbi müayinələrin aparılması və periodik tibbi yoxlanışlara nəzarət sistemi barədə məlumatlar verilib.
Bundan başqa, iştirakçılara sahə nəzarətçisinin qida keyfiyyəti ilə bağlı gündəlik yoxlamaları, COSHH sistemi,“Spill kit” qoruyucusu, düzgün etiketlənmə və mal qonşuluğu, HACCP prinsipləri barədə zəruri informasiyalar çatdırılıb.
 İnteraktiv üslübda keçirilən təlimdə iştirakçıların fikirləri dinlənilib, suallar cavablandırılıb və video materiallar təqdim olunub.
Təlimin sonunda iştirakçılara sertifikatlar verilib.
Belə tədbirlərin davamlı olaraq regionlarda da keçirilməsi nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top