Qubada suya düşən ekskavator sürücüsünün meyiti tapıldı

Fevralın 7-də Quba rayonunun Vəlvələ kəndi ərazisində - Vəlvələçayda aparılan qazıntı zamanı ekskavatorun aşması nəticəsində suya düşən sürücünün meyiti tapılıb.

Yeniavaz.com-un məlumatına görə, dalğıc-axtarış qruplarının həyata keçirdikləri axtarış işləri nəticəsində 1978-ci il təvəllüdlü Qasımov Vüqar Eyvaz oğlunun meyiti sudan çıxarılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

DİGƏR XƏBƏRLƏR

Top