Bakıda YANĞIN: Bir ailədən 4 nəfər yandı, 1-i öldü


19 fevral  saat 20:50 radələrində Suraxanı rayon Binə qəsəbəsi ərazisindən bir ailənin 4 üzvü yanıq xəsarətləri ilə yanıq mərkəzinə gətirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, atanın əl, ananın ayaq nahiyələrində yanıq xəsarətləri olub: “Vəziyyətləri yaxşı olduğuna görə buraxılıblar”.
Ailənin azyaşlı övladı isə yanıq xəsarətindən dünyasını dəyişib: “2017-ci il təvəllüdlü oğlanın bədəninin 80 faizində 3 və 4-cü dərəcəli yanıq xəsarətləri olub, tənəffüs yolları yanıb. Gətirilərkən vəziyyəti ağır olub. Dünən 11:20-də dünyasını dəyişib. 2012-ci il təvəllüdlü qız uşağının isə bədənin 50-55 faizi yanıb. 3a və 3b dərəcəli yanığı diaqnozu vəziyyəti ağır stabildir”. (Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top