Banqladeşdə yanğın baş verib, 70 nəfər ölüb - VİDEO


Banqladeşin paytaxtı Dəkkədə tarixi küçələrdən birindəki yaşayış binasında baş verən yanğında ən az 70 nəfər ölüb.
Yeniavaz.com xarici mətbuata istinadla xəbər verir ki, fövqəladə hallar idarəsinin rəhbəri Zulfiqar Rəhman bildirib ki, axtarış işləri davam etdirilir: “İndiyə kimi 70 cəsədi hadisə yerindən çıxarmışıq. Axtarış zamanı ölü sayısının artacağı ehtimal olunur”. Ən az 50 nəfərin də xəstəxanalarda olduğunu bildirən Rəhman, yüzlərlə insanın xəbər almaq üçün xəstəxanalara axın etdiyini bildirdi.
Xəstəxanadan verilən məlumatda isə yaralıların əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilib.
Yanğının baş vermə səbəbi məlum deyil. Hadisə ilə bağlı istintaq başladılıb.

DİGƏR XƏBƏRLƏR

Top