Azərbaycan qaz hasilatını artıracaq


2019-cu ildə Azərbaycanda qaz istehsalının 20 faiz artacağı gözlənilir.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hesabatında deyilir.

Bundan başqa hesabatda qeyd olunur ki, neft hasilatı ötən illə müqayisədə stabil səviyyədə qalacaq.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda neft hasilatı 38,8 milyon ton təşkil edib. Qaz hasilatı isə ötən il 30,42 milyard kubmetrə bərabər olub. (Trend)

DİGƏR XƏBƏRLƏR

Top