Nazir: “Brexit”dən sonra Şotlandiya müstəqil ölkə olacaq

 
Böyük Britaniya Avropa İttifaqından (Aİ) çıxdıqdan sonra Şotlandiya müstəqillik əldə edəcək. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Şotlandiyanın birinci naziri Nikola Stercen deyib.
 
O, Şotlandiyanın müstəqilliyi haqqında yeni referendumun keçiriləcəyinə şübhə etmədiyini bildirib: “Müstəqillik haqqında daha bir referendum olacaq. İnanıram ki, Şotlandiya müstəqil ölkə olacaq. Referendumun nə vaxt keçiriləcəyini deyə bilmərəm, çünki bu, “Brexit”in hələ də məlum olmayan yekun şərtlərindən asılıdır”.
 
N. Stercen qeyd edib: “Son illər arqumentlərimizi təsdiq etdik. Bizim səs vermədiyimiz “Brexit”i nəzərə alsaq, müstəqilliyin olmamasına görə artıq yüksək qiymət  ödəmişik”.
 
Xatırladaq ki, Böyük Britaniya martın 29-dan Aİ-dən çıxmalıdır. Bununla belə, parlament və hökumət “Brexit”in şərtləri barədə hələ razılığa gələ bilməyib, Aİ isə Böyük Britaniya ilə gələcək danışıqlardan imtina edir.
 

DİGƏR XƏBƏRLƏR

Top