Putin: Rusiyanın internet şəbəkəsi ilə əlaqəsi kəsilə bilər, hazır olmalıyıq

 
Rusiyanın dünya internet şəbəkəsi ilə əlaqəsinin kəsilməsi təhlükəsi nəzəri cəhətdən mövcuddur, hadisələrin bu cür inkişafına hazır olmaq lazımdır. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
 
Onun sözlərinə görə, Rusiya özü özünü kəsməyə hazırlaşmır: “Fikrimcə, onlar bunu (Rusiyanı dünya şəbəkəsindən kəsmək) etməzdən əvvəl yüz dəfə düşünəcəklər, lakin nəzəri cəhətdən hər şey mümkündür, buna görə də heç kəsdən asılı olmayan seqmentlər hazırlamalıyıq”.
 
V. Putin bildirib: “Mən tərəfdaşlarımızın adından danışıb onların ağlında nə olduğunu deyə bilmərəm, zənnimcə, bu, onların özünə böyük zərər yetirəcək. Zərər həm iqtisadi, həm də siyasi olacaq, eləcə də xüsusi xidmət orqanlarının maraqlarına ziyan vurulacaq. Axı onlar orada otururlar, bu onların ixtirasıdır, hər şeyi eşidirlər, görürlər və nə dediklərinizi oxyurlar, bu informasiyanı toplayırlar, belədə isə bunu edə bilməyəcəklər”. 

DİGƏR XƏBƏRLƏR

Top