Ermənistanda baş nazirin keçmiş müavininin həbsi tələb edildi


Ermənistanın Baş Prokurorluğu Apellyasiya Məhkəməsinin birinci instansiya məhkəməsinin qərarına yenidən baxılması və baş nazirin keçmiş müavini Armen Qevorkyanın həbsindən imtina edilməsi ilə bağlı qərarından kassasiya şikayəti verib.

Bu barədə Baş Prokurorluğun İctimaiyyətlə əlaqələr üzrə şöbəsini rəisi Arevik Xaçatryan bildirib.

A.Qevorkyan Konstitusiya quruluşunun devirilməsinə kömək etməkdə, külli miqdarda rüşvət almaqda, "çirkli pulların yuyulması"nda ittiham edilir.

Onun barəsində başqa yerə getməməklə bağlı qərar çıxarılıb. 

Qeyd edək ki, daha əvvəl Armen Qevorkyana qarşı Konstitusiya Məhkəməsi hakiminə təzyiq göstərmək üzrə ittiham irəli sürülüb. (Report)

DİGƏR XƏBƏRLƏR

Top