
Venesuela Karib dənizində Niderlandın tərkibinə daxil olan adalarla dəniz sərhədini bağlayıb. Yeniavaz.com “Lenta.ru” saytına istinadla xəbər verir ki, bunu Venesuelanın vitse-prezidenti Delsi Rodriges deyib.
Onun sözlərinə görə, sərhəd qeyri-müəyyən müddətə bağlanıb: “Bu, Venesuela müxalifətinin o cümlədən ABŞ-ın göndərdiyi humanitar yardımı dəniz yolu ilə çatdırmaq planlarına görə edilib. Kürasao adasının hakimiyyəti yükü öz ərazisində saxlamağa razı olduqdan sonra bu barədə qərar qəbul olunub”.
D. Rodriges qeyd edib ki, baş verənlər şoudur və bunun məqsədi Venesuelanın tutulmasıdır: “Sərhədlərin bağlanması, həmçinin o deməkdir ki, Karakas Aruba, Kürasao və Boneyr adaları ilə münasibətlərini yenidən nəzərdən keçirir”.
Tətbiqimizi yükləyə bilərsiniz