Ankarada hərbi kazarmada partlayış: 5 əsgər yaralandı - VİDEO

 
Amkaranın Polatlı rayonunda yerləşən Sakarya kazarmasında təlim atışları zamanı partlayış baş verib, təlim qəzası zamanı baş vermiş partlayışda 5 hərbçi yaralanıb Yeniavaz.com NTV telekanalına istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, insident Topçu və Raket Məktəbi Komandanlığında icra edilən ağır silah təlimlərində atışlar zamanı qeydə alınıb. Yaralanan əsgərlər xəstəxanaya yerləşdirilib və müailəcələrinə başlanılıb. Təlim qəzası haqqında araşdırma aparılır. Partlayışın silahdan qaynaqlandığı deyilir. 

DİGƏR XƏBƏRLƏR

Top