Nazir: Türkiyə S-400 raketlərini almaqdan imtina etməyəcək


Türkiyə Rusiyanın S-400 zenit-raket komplekslərini almaqdan imtina etməyəcək.

Bunu Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Demir deyib.

İ.Demirin sözlərinə görə, Türkiyə kompleksləri bu ilin iyulunda alacaq.

Nazir bildirib ki, 2019-cu ilin oktyabrınadək sistem Türkiyədə quraşdırılacaq.

ABŞ-ın “Patriot” zenit-raket komplekslərinin alınması barədə danışan nazir qeyd edib ki, hazırda Ankara ilə Vaşinqton arasında danışıqlar aparılır.(trend)

DİGƏR XƏBƏRLƏR

Top