İcra başçısının müavini vətəndaşın 36 min dollarını mənimsəyib - İDDİA


Rusiyada yaşayan soydaşımız Kənan Məmmədov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun qəbulunda olan zaman soydaşımızla İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalov arasında insident yaşanıb. 

Yeniavaz.com xəbər verir ki, bu barədə demokrat.az-a soydaşımız Kənan Məmmədov özü məlumat verib. 

Rusiya vətəndaşı olan Kənan Məmmədov İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalovdan şikayətçi olduğunu bildirib: "Mən Rusiya vətəndaşıyam. Ancaq Gəncədə şəhəri, Nizami rayonu, Gəncəvi küçəsi, 1-ci döngə, ev 21B ünvanında da qeydiyyatdayam. İcra başçısının müavini Mikayıl Zeynalov mənim 36 min ABŞ dolları məbləğində pulumu mənimsəyib. Bu məsələ ilə bağlı mən Gəncənin yeni icra başçısının qəbulunə gedib, Mikayıl Zeynalovdan pulumu tələb etdim. Başçı da mənim yanımda ona iradını bildirdi. Dedi ki, gətirib pulumu qaytarsın. Ancaq Mikayıl Zeynalov başçının üzünə qayıdaraq artıq pulun olmadığını söylədi". 

DİGƏR XƏBƏRLƏR

Top