Oyun zalından “playstation” oğurladılar


Yasamal rayonu, A.Şərifzadə küçəsindəki kompüter oyunları zallarının birindən oğurluq olub.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, fevralın 9-da günorta saatlarında həmin oyun zalına gəlmiş iki gənc oyun kabinetlərindən birini rezerv ediblər. Bir neçə saat oyun oynayan gənclər müxtəlif yeməklər və enerji içkiləri də sifariş veriblər.

Saat 17:00 radələrində oradakı 750 manat dəyərində “playstation” aparatını və 120 manat dəyərində orijinal oyun diskini geyimlərinin içində gizlətməklə oğurlayaraq zaldan qaçıblar. 

Oğurluğu törətməkdə şübhəli bilinən iki nəfər müəyyən edilərək saxlanılıb. 

Onların Lənkəran rayon sakini Nahid Mənsimov və Biləsuvar rayon sakini Tural Quluzadə olduqları müəyyən edilib. 

Oğurlanmış “playstation” aparatı və disk maddi sübut kimi onlardan götürülüb. 

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır. 

DİGƏR XƏBƏRLƏR

Top