Türkiyənin ən böyük təşkilatına - TÜSİAD-a yeni sədr seçildi - Türk deyil...


Türkiyədə iş adamlarının bir arada birləşdiyi ən böyük təşkilatın - TÜSİAD-ın (Türkiyə Sənayeçiləri və İş Adamları Dərnəyi) yeni sədri seçilib. Yeniavaz.com Türkiyə mətbuatına istinadən bildirir ki, TÜSİAD-ın yeni sədri "Organik Kimya" şirkətinin rəhbəri Simona Kaslovski seçilib.
İtaliyan əslli olan Simona Kaslovski 1963-cü ildə Torina şəhəribdə anadan olub. 1985-ci ildən Türkiyədə işləyir.
Məlumat üçün bildirək ki, 1971-ci ildən fəaliyyət göstərən TÜSİAD Türkiyənin ən böyük şirkətlərini öz ətrafında birləşdirib. Türkiyənin ümumi ixracının 80%-ə yaxını TÜSİAD üzvü olan şirkətlərin payına düşür. Bundan başqa işləyən insanların yarısı TÜSİAD-a üzv olan şirkətlərdə çalışırlar.
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top