Ermənistanın yeni hakimiyyəti ölkənin və “Qarabağ dövlətçiliyinin” əsaslarına zərbə vurur.
Yeniavaz.com “Sputnik Ermənistan” saytına istinadla xəbər verir ki, bu barədə həbsdə olan Ermənistanın sabiq Prezidenti Robert Koçaryanın “Facebook”dakı qeyri-rəsmi səhifəsində dərc edilən bəyanatında deyilir. Onun sözlərinə görə, mürəkkəb daxili siyasi və geosiyasi qarışıqlıq nəticəsində hakimiyyətə gəlmiş insanlar Ermənistan və “Qarabağın dövlətçiliyinin” əsaslarına uzun müddətdir güclü zərbələr endirirlər: “Bu insanlar məqsədyönlü şəkildə milli birliyi zəiflətməyə, xalqın müxtəlif hissələri arasında parçalanma yaratmağa çalışırlar”.