Azərbaycanda cəmi 5 rayonda 400 mantadan yüksək əmək haqqı verilir - SİYAHI


Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda orta aylıq nominal əmək haqqı 544,1 manat olub. Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, Azərbaycanın rayon və şəhərləri arasında ən yüksək əmək haqqı Bakı şəhərində verilir. Bakı şəhərində muzdla işləyən şəxslərə verilən orta aylıq nominal əmək haqqı 788,1 manat olub.
Digər şəhər və rayonlarda isə orta aylıq əmək haqqı əsasən 270-400 manat arasında dəyişib.
Paytaxt Bakıdan sonra 400 manatdan yuxarı orta aylıq əmək haqqı yalınz Naxçıvan Muxtar Respublikasında və digər bölgələrdən olan 4 şəhər və rayonda verilir:
1. Sədərək - 499,5 manat
2. Şuşa - 486,5 manat
3. Şirvan - 456,1 manat
4. Naxçıvan - 449 mant
5. Gədəbəy - 440,6 manat
6. Sumqayıt - 433,6 manat
7. Kəngərli - 425,5 manat
8. Culfa - 413,1 manat
9. Ordubad - 413 manat
10 Şərur - 410 manat
11. Babək - 409 manat
Onu da qeyd edək ki, bu şəhər və rayonların 7-si Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşir.
200 manatdan aşağı orta aylıq əmək haqqının olduğu 8 şəhər və rayon var:
1. Qax - 259,2 manat
2. Zərdab - 260,6 manat
3. Ağcabədi - 261,3 manat
4. Ağdaş - 263,9 manat
5. Kürdəmir - 267,8 manat
6. Bərdə 268 manat
7. Göyçay - 268,3 manat
8. Tərtər  - 269,8 manat

DİGƏR XƏBƏRLƏR

Top