Fransada bıçaqla hücum: yaralılar var

 
Fransanın Marsel şəhərində naməlum kişi soyuq silahla insanlara hücum edərək bir neçə nəfəri yaralayıb. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, o, əlində bıçaqla əvvəlcə Marselin əsas küçələrindən biri olan Kanbyerdə bir neçə nəfərə hücum edib. İnsident polis komissarlığının yanında baş verib. Polislər hadisə yerinə gələndə şübhəli şəxs odlu silah çıxarmağa cəhd edib, lakin asayiş keşikçiləri ona hücum ediblər. İnsident nəticəsində iki nəfər yaralanıb. Onların həyatı üçün təhlükə yoxdur. Polisin zərərsizləşdirdiyi şəxs ciddi yaralanıb. O, polislə atışma zamanı aldığı yaralardan sonar dünyasını dəyişib. Hücumun motivləri və cinayətkarın kimliyi barədə hələ məlumat verilmir.

DİGƏR XƏBƏRLƏR

Top