"Terror təşkilatının lideri Türkiyədə dövlət xəstəxanasındadır"



“Həyat Təhrir əş-Şam” (keçmiş “Cəbhət ən-Nüsrə”) qruplaşmasının lideri Əbu Məhəmməd əl-Culani (əsl adı Məhəmməd Hüseyn əş-Şəraa) başından qəlpə yaraları alıb. Yeniavaz.com-un məlumatına görə, bu barədə “RİA Novosti” agentliyinə Türkiyədəki tibbi mənbə deyib.
 
Onun sözlərinə görə, ötən gün axşam saatlarında Suriyanın İdlib şəhərində baş vermiş partlayış nəticəsində başından ağır yaralanmış şəxs Hatay vilayətinin Antakya şəhərindəki dövlət xəstəxanasına çatdırılıb.
 
Mənbə qeyd edib ki, xəstəxanaya çatdırılan adam başından qəlpə yarası alıb, bu da beyin silkələnməsinə gətirib çıxarıb: “O, başından əməliyyat olunub. Dünən Antakya şəhər dövlət xəstəxanasına çatdırılan adam terrorçu Əbu Məhəmməd əl-Culanidir”. O əlavə edib ki, Əl-Culani intensiv terapiya şöbəsinə yerləşdirilib, onun vəziyyəti ağırdır, hazırda komadadır.
 

DİGƏR XƏBƏRLƏR

Top