Mingəçevirdə fəhlə hündürlükdən yıxılaraq öldü


"Azərbaycan" İstilik Elektrik Stansiyasının (İES) fəhləsi iş zamanı hündürlükdən yıxılaraq vəfat edib.
Yeniavaz.com xəbər verir ki, hadisə Mingəçevir şəhərində yerləşən İES-də iş zamanı baş verib. 
Belə ki, fəhlə Mirzəyev Nihat iş zamanı ehtiyatsızlıqdan 10-20 metr yüksəklikdən yıxılaraq ağır xəsarət alıb. Xəstəni Mingəçevir şəhər xəstəxanasına yerləşdiriblər. Lakin həkimlərin səyinə baxmayaraq fəhləni xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top