Hövsanda acınacaqlı mənzərə - VİDEO


Paytaxtın Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində artıq iki ildir, kanalizasiya sistemi işləmir.

Yağış yağan kimi yolun bu vəziyyətə düşməsi həm sürücüləri, həm də ərazidə yaşayan sakinləri təngə gətirib.

Sakinlər bildirirlər ki, vəziyyətlə bağlı dəfələrlə müraciət etsələr də, aldıqları cavab birmənalı olmayıb.

Qəsəbə icra nümayəndəsi Ağasəlim Əliyev yolun bu vəziyyətdə olmasını yağış sularının axması üçün normal kanalizasiya xəttinin olmaması ilə əlaqələndirib.

(Bakutv)

DİGƏR XƏBƏRLƏR

Top