ATƏT sədri Bakı və Yerevana səfər edəcək


ATƏT-in fəaliyyətdəki sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçak Bakı və Yerevana səfər edəcək. 

Bununla bağlı Layçak Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada keçirdiyi mətbuat konfransında məlumat verib. 

O bildirib ki, səfər martın ilk yarısında baş tutacaq. 

“Martın ilk yarısında bu məsələləri müzakirə etmək üçün Bakı və Yerevana səfərlər edəcəyəm. Azərbaycan və Ermənistandan dəvətlər var”, - o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top